“Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib” - Yol və şəhərsalma naziri

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıda WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasının iştirakçılarına müraciətində bildirib.
Müraciəti nazirin şəhərsalma və memarlıq üzrə müavini Qulamreza Kazemian oxuyub.
"WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Biz davamlı şəhərsalmanın inkişafında bu istiqamətlər üzrə mühüm irəliləyişlər əldə etmişik. Birincisi, şəhər infrastrukturunun genişləndirilməsi və çoxölçülü məhrumiyyətlərin azaldılması, ikincisi, az təmin olunmuş məhəllələrdə icmanın fəal iştirakına əsaslanan şəhər yenidənqurma proqramları, üçüncü, iqlim dəyişikliyinə cavab olaraq risklərin idarə edilməsi və dözümlülük mexanizmlərinin gücləndirilməsi, dördüncüsü beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və ağıllı şəhər təşəbbüslərinin irəlilədilməsi" - iranlı nazirin müraciətində vurğulanıb.
Qeyd edilib ki, bu gün İranda müharibədən zərər çəkmiş ərazilərin yenidən qurulması ən başlıca prioritetdir.
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA












