Azərbaycan xaricə pulköçürmə qaydalarını dəyişdi - LİMİT QOYULDU

Tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” yeni redaksiyada qəbul edilib. Avtosfer.az xəbər verir ki, AMB-nin açıqlamasına görə, qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur. Bununla bərabər rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılıb. Eyni zamanda yeni qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilib.
Qaydalarda xarici investisiyanın repartriasiyası, investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanıb.
Fidan
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










