Azərbaycan XİN: “İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”
Gündəm
9 Oktyabr 2023 11:36
Oxunub 798

“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.
Bunu Avtosfer.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













