Azərbaycan XİN rəhbərindən Ermənistanla münasibətlərə dair AÇIQLAMA

“2022-ci ildə Azərbaycan Cənubi Qafqazdakı reallıqları nəzərə alaraq öz maraqlarını təşviq edib”.
Avtosfer.az xəbər verir ki, bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir xatırladıb ki, 2022-ci ildə Azərbaycanla Ermənistan arasında bir sıra təmaslar olub.
“Ancaq hesab edirik ki, bu qədər görüşlərə, təmaslara baxmayaraq, əldə olunan proqres çox məhduddur”, - deyə o əlavə edib.
O bildirib ki, Ermənistanın 10 Noyabr Bəyanatının müddəalarını icra etməməsi Azərbaycan tərəfindən sistemli şəkildə dünya ictimaiyyətinə çatdırılır.
“Azərbaycan sistemli şəkildə materiallar hazırlayır və bunlar BMT baş katibinə də çatdırılır”, - deyə o əlavə edib.
O bildirib ki, Azərbaycan Ermənistanın vurduğu ziyanlar üzrə kompensasiyalar tələb edir.
“Azərbaycan Ermənistanın cinayətlərinə, o cümlədən təbii sərvətlərin qanunsuz istismarına, ekoloji terroruna görə bir sıra müraciətlər hazırlayaraq bunu beynəlxalq instansiyalara çatdıracaq”, - deyə nazir bildirib.
Dövlət Gömrük Komitəsi Elçin Quliyevi CƏRİMƏLƏDİ - İş məhkəməyə DÜŞÜB
Ramazan ayının on səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO










