Azərbaycan Xüsusi Təyinatlıların təlimi – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, təlim sahəsinə gələn Müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb. Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər.
Şəxsi heyətlə görüşən Müdafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.
Elmin
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO











