Azərbaycan yeni gəmilərin inşası ilə bağlı sifariş verməyi planlaşdırır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Avstraliya şirkətlərinə yeni gəmilərin inşası ilə bağlı sifariş verməyi planlaşdırır. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Avstraliyada Azərbaycan ticarət palatasının direktoru Nizami Cəfərov bildirib. Nizami Cəfərov bildirib: "Yeni gəmilərin inşası ilə bağlı danışıqlar hələlik aparılmır, amma gələcək üçün belə planlar var".
N.Cəfərov qeyd edib ki, 2013-cü ildə QSC və "Caspian Marine Services" Avstraliyanın "Incat Crowther" və "Austal" şirkətlərinə iki gəminin inşasını sifariş etmişdi: "2015-ci ildə "Austal" şirkəti "Incat Crowther" şirkətinin dizaynı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün "Müslüm Maqomayev" gəmisini inşa edib, 2016-cı ildə isə eyni şirkətlər "Caspian Marine Services" üçün "Rəşid Behbudov" gəmisini inşa ediblər. Bu sürətli sərnişin gəmiləri, əsasən, neft platformalarına mühəndislərin aparılması üçün istifadə olunur. Gəmilərin inşasının ümumi dəyəri təxminən 100 milyon dollar təşkil edib".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












