Azərbaycan yeni lokomotivlərin alınması üçün Fransadan kredit cəlb edib

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunda istismar olunacaq lokomotivlərin alınması üçün xarici maliyyə təşkilatlarından kredit cəlb edib. Avtosfer.az xəbər verir ki, Azərbaycan hökuməti bu məqsədlə Fransanın "Societe Generale", "BNP Paribas" və "HSBC Bank"ın Fransa filialı daxil olan konsorsiumdan 50 ədəd lokomotivin əldə edilməsi üçün 277 mln. avro həcmində kredit götürüb. Xatırladaq ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası layihəsinin icrasının tamamlanması və yolun istismara hazır olacağı tarixin mart ayı olacağı ehtimal edilir. Sonuncu dəfə bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib. "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikinti işlərinin bitməsinə iki ay qalıb. Hazırda ərazidə iş fəal surətdə gedir. Lakin qış mövsümünün çətinliklərini nəzərə alaraq, etiraf etməliyəm ki, BTQ çərçivəsində işlərin cari ilin mart-aprel aylarında yekunlaşdırılması nəzərdə tutulub", - deyə türkiyəli nazir əlavə edib. Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC 2014-cü ildə Fransanın “Alstom Transport” şirkəti ilə dəyəri 300 mln. avro təşkil edən 50 ədəd KZ8A 8.8MW tipli elektrik lokomotivləri və onlar üçün elementlərin işlənib hazırlanmasına dair müqavilə imzalayıb. Bu elektrik qatarların 2017-ci ilin sonunda istismara hazır olacağı gözlənilir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










