Azərbaycan yollarında ölüm riski – 41 faiz - DƏHŞƏT
Azərbaycanda avtomobil qəzasına düşəmək azı 40 faiz ölüm riskidir. Avtosfer.az azadliq.org-a istinadən xəbər verir ki, bu göstərici üzrə Azərbaycanda avtomobil qəzaları olduqca ölümcüldür. Məsələn, müqayisə üçün desək, avtomobil qəzalarının ölüm riski Azərbaycanın qonşusu Gürcüstanda 9 faizdir. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə isə vəziyyət hədsiz dərəcədə acınacaqlı görünür. Məsələn, Britaniyada avtomobil qəzasında insan ölümü riski 1 faizdir. Qəzalarda ölüm riskini - başqa sözlə, qəzaların nə qədər ölümcül olduğunu baş vermiş qəzaların sayı ilə həmin qəzalarda insan tələfatı əsasında müəyyən etmişik. Hər 3 ölkədə son 2 ildə avtomobil qəzaları və orada insan ölümü barədə son 2 illik rəsmi statisikanı üzləşdirəndə bu qənanətə gəlirik. Azərbaycan, Gürcüstan və Britaniyanın dövlət statistika idarələrinin rəsmi məlumatlarına görə 2012-2013-cü illərdə avtomobil qəzaları və bu qəzalarda yaralanma və tələfat aşağıdakı kimdiir:
|
Azərbaycan |
Gürcüstan |
Böyük Britaniya |
|||
2012-ci il |
2013-cü il |
2012-ci il |
2013-cü il |
2012-ci il |
2013-cü il |
|
Avtomobil qəzalarının sayı |
2 892 |
2 846 |
5 359 |
5 510 |
145 571 |
138 660 |
Qəzalarda həlak olanların sayı (nəfər) |
1168 |
1164 |
605 |
514 |
1 754 |
1 713 |
Yaralananların sayı (nəfər) |
2997 |
2948 |
7734 |
8045 |
23 039 |
21 657 |
Bu rəsmi statistikada ilk baxışda görünən odur ki, Azərbaycanda avtomobil qəzalarının sayı hətta Gürcüstandan da 2 dəfə azdır. Nə qədər şübhəli görünsə belə, hər halda rəsmi statistika belədir: məsələn, 2013-cü ildə Azərbaycanda 2 846, Gürcüstanda isə bundan 2 dəfə çox – 5 510 avtomobil qəzası baş verib.
Amma bir qədər dərindən analiz edəndə, elə bu “azsaylı” qəzaların nə qədər ÖLÜMCÜL olduğunu aşkar görmək olur. Yəni, Azərbaycanda baş verən avtomobil qəzalarıın 41 faizində insan ölümü var: Yaralanma riski isə Azərbaycanda baş verən qəzalarda demək olar qaçılmazdır – 104 faiz.
GERÇƏK MƏNZƏRƏ DAHA ACINACAQLI OLA BİLƏR...
Üstəlik, o da nəzərə alınmalıdır ki, Azərbaycanda qəzaların sayının rəsmi statisikada az göstərilməsinə dair olduqca əsaslı səslənən şübhələr var. Ən azı 2 səbəbə görə bu şübhələr əsaslı görünür:
BİRİNCİSİ,
Azərbaycan qanunvericiliyinə görə, yol hərəkətı hadisələri vaxtı xəsarət alan şəxs hadisədən sonrakı 7 gün ərzində vəfat edirsə, onun ölümünün səbəbi məhz həmin qəza kimi göstərilə bilər. Yaralı qəzadan 7 gün sonra – məsələn, qəzanın 8-ci günü keçinsə, onun ölümü yol qəzası hadisəsinin nəticəsi kimi qeydiyyata alınmır.Müqayisə üçün qeyd edək ki, bu müddət Böyük Britaniya qanunlarına görə, 30 gündür.
İKİNCİSİ,
“Yol hərəkəti qaydalarına kommentariyalar” kitabının müəllifi, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hazırda DYP - nin işinin səmərəliliyi ölüm hallarının azlığı ilə müəyyən olunur. Bu halda nəzəri olaraq DYP üçün maraqlı ola bilər ki, statistika az göstərilsin: “Avropa ölkələrində belə bir təcrübə var - qəzaların və ölüm hallarının sayı nə qədər çoxdursa, dövlət büdcəsindən müvafiq quruma daha çox vəsait ayrılır. Yəqin ki, bu qaydanı Azərbaycanda da tətbiq edib, daha yaxşı nəticəyə nail olmaq olar. Statistikanı obtektiv aparmaq olduqca vacibdir.
1991- ci ildə Sovet hökuməti dağılanda açılaqlanan statistikaya görə Azərbaycanda 1281 nəfər ölüm hadisəsi baş vermişdi. O vaxt ölkədə cəmi 200 min avtomobil var idi. İndi isə 1,2 milyon avtomobil var, keçən il qəzalarda ölənlərin sayı 1 164 nəfər olub. Məncə, Sovet hökuməti dağılanda aparılan statistika daha obyektiv olmalı idi. Çünki o vaxt hökumət dağılır, qorxu-hürkü də qalmırdı, bütün qurumlar rəqəmlər doğru-düzgün qoyulurdu ortalığa”.
Bütün hallarda, hətta, itkilərin sayının az göstərildiyinə şübhələr olan bu rəsmi statistikanın özü də - baş verən 2 846 qəzada 1 164 insan ölümü halının qeydiyyata alınması da Azərbaycanda avtomobil qəzasının olduqca ölümcü olduğunu ortaya çıxarır. Bu rəqəm faktiki olaraq həm də deyir ki,
AZƏRBAYCANDA AVTOMOBİL QƏZASINA DÜŞDÜNSƏ, ÖLMƏK ÖLMƏK RİSKİ AZI 41 FAİZİDR
Bəlkə də o üzdəndir ki, ölkədən informasiya məkanı demək olar hər gün avto-qəzalarda ölüm xəbərləri ilə doludur. Yerli jurnalistlər arasında vəziyyəti “yol terroru”, “yol qırğını” ifadələri ilə izah edənlər var.
Təkcə bu ilin ilk 3 ayı ərzində rəsmi məlumata görə, yalnız Bakıda 62 nəfər yol-nəqliyyat qəzası nəticəsində həlak olub, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ümumdünya Səhiyyə Təşkilatının 2010-cu ildə təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanın yol qəzalarında hər 100 min nəfərə düşən ölüm göstəricisi 13 nəfərdir. Gürcüstanda bu rəqəm 16,8, Ermənistanda 13,9, Türkiyədə 13,4, İngiltərədə 5,4, Almaniyada 6 nəfərdir. Amma bunlar ölkə əhalisinin ümu sayı ilə qəzalarda ölənlərin müayisəsidir.
Baş vermiş qəzaların sayı və oradakı ölüm göstəricilərini müqayisə edəndə, Azərbaycanda bir avtomobil qəzasının başqa yerlərdə baş verən qəzalardan daha ölümcül olduğu görünür.
AZƏRBAYCANDA AVTOMOBİL QƏZASI NİYƏ BU QƏDƏR ÖLÜMCÜLDÜR?
Azərbaycanda avtomobil qəzalarını bu qədər yüksək ölüm riskli edən səbəblər haqqında da ekspertlər arasında müxtəlif fikirlər var.
Hüquqşünas Ərşad Hüseynov düşünür ki, ölkədə yol-hərəkəti qəzalarının səbəbi araşdırılarkən yolların vəziyyətinə ayrəca diqqət yetirilməlidir: “Almaniya kimi ölkədə yol qəzalarının 6-10%-i yolların vəziyyətinin pis olmasına görə baş verir. Azərbaycanda isə bu statistika ümumiyyətlə aparılmır.
Qəzalara səbəb axtaranların ən çox vurğuladıqların səbəblər sırasında bir sürücülük vəsiqələrinin avtomobili faktiki olaraq idarə edə bilməyən naşı adamlara az qala pulla satılmasını, ölkədə avtomobil parkının köhnəliyini, Rusiya istehsalı olan ucuz və az etibarlı avtomobillərin çoxluq təşkil etməsini önə çəkənlər də az deyil.
Dövlət Yol Polisinin rəsmi saytında ölkədə avtomobil qəzalarının əsas səbəbləri kimi aşağıdakılar göstərilir:
YOL POLİSİNİN ARQUMENTLƏRİ...
Qəzaların səbəbləri barədə yol polisi rəsmilərinin də gətirdikləri xeyli arqumentlər var. Məsələn, Baş Dövlət Yol Polisi İdarəsininin şöbə rəisi Kamran Əliyev AzadlıqRadiosuna müsahibəsində sürücülərin naşılığını qəzalara ən başlıca səbəbi kimi görmədiklərini deyir. Kamran Əliyev sürücülük vəsiqəsi verilərkən rüşvət alınması barədə gəzən söz-söhbətləri də qəzalara səbəb hesab etmir: “Hansı ölkədə hadisə yoxdur, hansı ölkədə ölən yoxdur.
Yol qəzalarını çox vaxt 10-15 il təcrübəsi olan sürücülər törədirlər. Yəni, 10-15 il ərzində yol hərəkəti qaydalarını öyrənə bilmirlərmi?! Almaniyanın Münhen şəhərində ildə 51 min yol qəzası baş verir, amma 21 ölüm hadisəsi qeydə alınır. Çünki hava yastıqlarından, təhlükəsizlik komplektlərindən istifadə olunur, kəmərləri bağlayırlar. Bizdə təhlükəsizlik kəməri ilə bağlı sərnişini nə qədər cərimə edirsən, yenə də bağlamırlar. Bu işlə ictimaiyyət də məşğul olmalıdır”.
Kamran Əliyev deyir ki, Azərbaycanda yol-qəzalarına səbəb olan başqa bir amil təhlükəsizlik komplektləşdirilməsi zəif olan VAZ markalı avtomobillərdir: “Qəzaların təqribən 40 faizi bu cür avtomobillərdə baş verir. Bizim qanunvericiliyə görə vətəndaşa həmin avtomobillərdən istifadəni qadağan etmək olmaz”.
Hüquqşünas Ərşad Hüseynov deyir ki, son illər Azərbaycanda da yol-hərəkəti qəzalarını aradan qaldırmaq üçün təbliğat işləri gücləndirilib, amma bu, kifayət deyil.