Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə edəcək - FOTO

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündə əldə olunan razılaşmalar rəsmi Bakının regional ticarət də daxil olmaqla mövqeyini gücləndirir, həmçinin Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi gücləndirir. Avtosfer.az xəbər verir ki, bu fikri “Sabah” qəzetində Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce söyləyib. Onun sözlərinə görə, Ağ evdə səslənən bəyanatlar Azərbaycanın regional logistika və enerji qovşağı kimi potensialını üzə çıxarmağa imkan verir. “Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə etməyə başlayacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına, o cümlədən respublikanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşu üçün yeni imkanlar açılacaq”, -deyə türkiyəli ekspert yazıb. O, Azərbaycanın qeyri-neft sektorunu "Qərb investisiyalarının cəlb edilməsi üçün ciddi sahə" adlandırıb.
Ekspert əlavə edib: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun, o cümlədən Ermənistanın iqtisadiyyatı üçün təkan olacaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya Cənubi Qafqazda qüvvələr balansını kökündən dəyişəcək”.
M.Yüce avqustun 8-də Qərbin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin nəticələrini rəsmən tanıdığını vurğulayıb.
Vaşinqton görüşünün Türkiyə üçün nəticələrinə toxunan Uludağ Universitetinin professoru Zəngəzur dəhlizinin açılmasının Ankaranın mövqeyinə heç bir mənfi təsir etməyəcəyinə diqqət çəkib. “Əksinə, Türkiyə mövqelərini gücləndirərək Orta Asiyanın türk ölkələrinə çıxış əldə edir”, -deyə o qeyd edib.
Professor Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələrin İrəvana və Bakıya təzyiqləri ilə bağlı riskləri də diqqətə çatdırıb.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












