Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2 065 ədəd avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 062 ədəd və yaxud 2,05 dəfə çoxdur.
Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 11 ədədi və yaxud 0,53%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 867 ədədi və yaxud 90,4%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi və yaxud 8,85%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi, yaxud 0,24%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin yanvar-fevral aylarına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 6 ədəd və yaxud 2,2 dəfə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,19 dəfə və yaxud 1 015 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 43 ədəd və yaxud 30,94% artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 2 ədəd və yaxud 28,6% azalıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












