Azərbaycana avtomobillə gələnlər əlavə ödənişlərdən azad oluna bilər

“Xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə keçirmişik. Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib”. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər gedir: “Yaya qədər təkliflər formalaşacaq. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bizim nazirlik bu işə birbaşa qoşularaq yeni qanunvericilik hazırlayır. Turist anlayışı yalnız hava nəqliyyatı ilə məhdudlaşmır. Bizim qonşu ölkələrdən minlərlə adamlar gəlir. Onlar da bu çətinliklə qarşılaşırlar”.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












