Azərbaycana ən yaxın dövlətin radara düşməyən qırıcıları - FOTO

Türkiyə yeni F-35 təyyarələrini yaxın zamanda qəbul edəcək. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də aralarında olduğu 9 ölkə tərəfindən təşkil edilən ortaq konsorsiyum tərəfindən istehsal edilən F-35 təyyarələrinin 2018-ci ilə qədər bütün üzvlərə təslim ediləcəyi bildirilir. Türkiyə 100 təyyarə sifariş verib. Onlardan ilk ikisi 2017-ci ildə təhvil veriləcək.
"F-35"lərin proqramından məsul olan amerikalı kapitan Kristofer Boqdan Senatın silah xidmətləri komitəsində çıxışı zamanı hərbi təyyarələrin çatdırılma müddətindən danışıb. Boqdan ABŞ və Böyük Britaniyanın rəhbərliyi etdiyi konsorsiyum tərəfindən həyata keçirilən və 9 ölkənin qatıldığı ortaq layihə çərçivəsində 2005-ci ildən hazırlanması davam edən təyyarələrin təslimatının davam etdiyini bildirib.
Ötən il 45 "F-35" layihəyə qatılan ölkələrə təhvil verilib. 2018-ci ilə qədər isə 100-dən çox təyyarə konsorsiyum ortaqlarına çatdırılacaq.
"2018-2020-ci illər arasında 145 ədəd "F-35"in istehsalı bitəcək. Yaxın 4 il ərzində 17 nöqtədə "F-35" xidmət bazaları da qurulacaq".
"F-16" və "F-18" kimi dördüncü nəsil döyüş təyyarlərindən 4 dəfə daha təsirli olduğunu bildirilən "F-35"lər həm havadan havaya, həm də havadan quruya hücum imkanlarına sahibdir. Radarlara düşməmək xüsusiyyəti ilə seçilən bu yeni nəsil təyyarələr, 1990-cı ildə layihələndirildikdən sonra ABŞ və Böyük Britaniyanın rəhbərliyi ilə istehsalı həyata keçirilib.
Türkiyənin isə 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları Avstraliya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Böyük Britaniyadır. Eləcə də İsrail, Yaponiya, Cənubi Koreya da bu konsorsiyumdan təyyarələr alacaq.
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?










