Azərbaycana gətirilən 22 qanunsuz miqrant saxlanıldı - Avropaya göndəriləcəkdilər

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 Türkiyə, 7 Pakistan, 4 Hindistan və 1 Türkmənistan vətəndaşı olmaqla ümumilikdə 22 nəfər əcnəbi saxlanılıb. Dövlət Miqrasiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadıqları üçün Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılmış 9 Türkiyə vətəndaşının küllü miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədi ilə Türkiyədə yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildikləri məlum olub. Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Suleyman Kayikciogluna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Sulyeman Kayikciogluna məxsus “İNSMARK” şirkəti tərəfindən qeyd olunan 9 əcnəbiyə iş və müvəqqəti yaşama icazəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstərib. Lakin Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin faktiki olaraq “İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların yalan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycanda müvafiq yaşama icazələri ləğv edilmiş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya göndəriləcəklərinə inanaraq, müxtəlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qaçırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb. Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 Türkiyə vətəndaşı, 4 Hindistan vətəndaşı və 7 Pakistan vətəndaşı, 1 Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təsdiqini tapıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Emin
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










