Azərbaycana gətirilən benzin idxal rüsumundan azad edildi

Bu benzinlər üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişikliklər edib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












