Azərbaycana gətirilən bu yük yolda ilişdi - VİDEO

Türkiyənin Sivas bölgəsindən Kayseriyə gedən şose yolda Azərbaycana nəhəng buxar turbini gətirən qoşqulu TIR yolun kənarındakı dəmir baryerlərə sıxışıb. Nəticədə TIR hərəkəti davam etdirə bilməyib, yolda nəqliyyatın hərəkəti 3 saatdan çox dayanıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, 42 metr uzunluğunda olan və nəhəng buxar turbini ilə yüklü qoşqulu TIR Mersin limanından Azərbaycana doğru yola çıxıb. (Ehtimal ki, yük hansısa başqa ölkədən gəmiylə Mersinə gətirilib). 41 TA 408 nömrə nişanlı TIR və onun 41 TJ 162 nömrə nişanlı qoşqusu Sivas-Kayseri yolunun Kovalı kəndi yaxınlığından keçən hissəsində döngədə baryerə sıxışıb. Sürücü Murat Arslanın və nəqliyyatın hərəkətinə nəzarət edən müfəttişlərin bütün cəhdlərinə baxmayaraq TIR-ı sıxışdığı yerdən çıxarmaq mümkün olmayıb. Nəticədə hadisə yerinə polislər və yol işçiləri çağırılıb. Yol işçiləri TIR-ı sıxışdığı yerdən çıxarmaq üçün dəmir baryerləri kəsiblər. Təxminən 3 saat davam edən çalışmalardan sonra TIR sıxışdığı yerdən çıxarılıb. Bu müddət ərzində yolda nəqliyyatın hərəkəti dayandırılıb.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












