Azərbaycana göndərilən bağlamalar gömrükdən buraxılmır - FOTO

Xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmir. Bu barədə həmin şirkətlərin müştəriləri məlumat veriblər. Məlumata görə, qeyd edilən problem iki həftəyə yaxındır davam edir. Məsələni bu ilin əvvəlində forumlarda müzakirəyə çıxaran müştərilərə cavab verən "Camex" şirkəti bildirib ki, bu problem Azərbaycanın karqo şirkəti olan “Silkway”in sifarişlərinin çox olması ilə bağlıdır.
Azərbaycanda fəaliyyət göstərən “Barami” adlı şirkət isə öz müştərilərinə xəbərdarlıq edərək bildirib ki, məlum olmayan səbəblərdən Dövlət Gömrük Komitəsi (DGK) bağlamaları sərhəddən buraxmır: "Bu səbəbdən də yüklərin çatdırılması gecikə bilər".
Həmin şirkətdən “Report”a bildirilib ki, DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmamasının izahı verilmir və növbəti həftədə problemin həlli gözlənilir.
Qeyd edək ki, məsələ ilə bağlı DGK “Report”un sorğusuna cavab verməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













