Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 41 ölkədən 2 milyon 950 min 819 nəfər səfər edib.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5%) və 738 min 835 nəfər (33,4%) çoxdur.
10 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 822 min 88 nəfər. Bu da 1 il əvvələ nisbətən 29,8 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 725 min 636 nəfər səyahət edib ki, bu da illik müqayisədə 17,5% çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 368 min 623 sərnişinlə (+46,9 %) daxil olub.
Siyahıda daha sonra Gürcüstan 191 min 846 sərnişin (+35,4 %), Səudiyyə Ərəbistanı 98 min 702 sərnişin (+8,8 %), Hindistan 91 min 871 sərnişin (+4,5 dəfə), Qazaxıstan 91 min 708 sərnişin (+28,4 %), İtaliya 52 min 232 sərnişin (+98,9 %), Özbəkistan 48 min 306 sərnişin (-16,1 %) və Qətər 45 min 908 sərnişin (+71 %) qərarlaşıb.
İlk onluğa Hindistan, İtaliya və Qətərin daxil olması ilə Küveyt (42 min 853 sərnişin, +21,5 %) İsrail (41 min 978 sərnişin, +10,9 %), və Almaniya (35 min 158 sərnişin, +20,6 %) TOP-10-dan çıxıb.
Təkcə oktyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 289 min 212 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 24,5 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 87 min 672 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 23,2 % çoxdur.
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










