Azərbaycana idxal edilən kerosin gömrük rüsumuna cəlb ediləcək

Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə yenidən 15 faiz gömrük idxal rüsumu tətbiq ediləcək. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti 10 avqust 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə dəyişiklik edib. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumundan azad edilib. Qərar dərc edildiyi gündən, avqustun 12-dən qüvvəyə minib. Bu müddət bu gün, noyabrın 10-da bitir. Qeyd edək ki, Nazirlər Kabineti 10 avqust 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirmişdi. Bu qərar avqustun 12-dən, dərc edildiyi gündən 90 gün müddətində qüvvədə idi. Bu müddət də bu gün - noyabrın 10-da başa çatıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












