Azərbaycana kukla başında heroin göndərmək istədilər - FOTO

İstanbul polisinin narkotiklərlə mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı Azərbaycana oyuncaq kuklanın içərisində 1 kiloqram narkotik göndərmək istəyən şəxs yaxalanıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, narkotik maddənin kuklanın baş hissəsində gizlədildiyi müəyyən olunub. Əməliyyat martın 24-də keçirilib, polis bu barədə indi məlumat yayıb. Məlumatda deyilir ki, polisə Azərbaycana narkotik gizlədilmiş bağlamanın göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Bu məlumat əsasında polislər İstanbul Başakşehirdə bir kargo firmasının xarici yüklər üçün nəzərdə tutulmuş anbarında Azərbaycana göndərilmək üçün nəzərdə tutulan bağlamanı tapıb. Bağlamanı açan polislər oradan 2 qutu şokalad, 1 qutu saqqız, ayaqqabı və kukla tapıb. Axtarış zamanı kuklanın baş hissəsində 11 bükülü halında gizlədilmiş 84 qram heroin tapılıb. Həmin bağlamanı göndərmək istəyən 35 yaşlı, O.U. adlı şəxs kamera görüntüləri əsasında saxlanılıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












