Azərbaycana qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib. Vətəndaş isə üzərində gömrüyə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlama zamanı, gömrük əməkdaşının vətəndaşı bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını - 12 ədəd üzük, 7 cüt sırğa, 2 ədəd qolbaq, 3 ədəd qolçaq, 4 ədəd boyunbağı və 1 ədəd kolyeni çıxararaq gömrük nəzarətinə təqdim edib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 354,70 qram olan 875/916 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Nurlan
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













