Azərbaycana zərbə endirməyi təklif edən deputat indi də Çini hədəfə aldı

Çinin hazırda Rusiyada avtomobil yığması müstəmləkə sistemninə əsaslanır. Ələ keçirilən ərazidə ucuz işçi qüvvəsi, aşağı vergi və çirklənən ətraf mühit mövcuddur.
Avtosfer.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının deputatı, iqtisadçı Mixail Delyaqin səsləndirib.
Deputat bildirib ki, satışdan əldə edilən gəlir metropoliyaya (Çinə) aparılır, əlavə dəyər yaradan hissə mütləq şəkildə özlərində formalaşır. İnhisarçılıq, bahalı kreditlər, müstəmləkəçi gömrük-vergi sistemi cəzasızlıq mühitində istehsalı bloklayır.
Delyaqinin qənaətinə görə, ölkəyə xammal gətirilməsi vergidən azaddır. Lakin onun emalına ciddi vergi qoyulur ki, bu da son nəticədə emalı rentabelsiz edir.
Qeyd edək ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edib.
Bu səbəbdən Azərbaycan onun barədə "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edib.
Ertəsi gün Delyaqin və onun partiyası səfirlik vasitəsi ilə Azərbaycandan üzr istəyib.
Vüqar Yaşaroğlu
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












