Azərbaycanda 10 min km yolun asfalt örtüyü yoxdur - RƏSMİ

Azərbaycan Respublikasının avtomobil yolları - Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. Hazırda respublika əhəmiyyətli yolların uzunluğu 20 min kilometrdir. Bu barədə Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O qeyd edib ki, respublika ərazisindəki yolların əksər hissəsi sovet dövründə salınmış yollardır: “Ümumilikdə yollar salınarkən əsasən asfalt, beton, çınqıl, torpaq örtüklü olur. Yeni salınanda kəndlərarası yolların asfalt-beton örtüyü olmayıb. Onlar torpaq ya da çınqıl örtüklü olub. Hazırda respublika ərazisindəki bütün yolların uzunluğu 20 min kilometrdir. Həmin yolların da təqribən 50 (10 min km) faizi kəndlərarası yollardır. Nəticə etibarilə məhz həmin yolların asfalt örtüyünə ehtiyacı var.
Ötən ildən etibarən kəndlərarası yolların yenidən qurulmasına başlanılıb. Həm magistral, həm respublika əhəmiyyətli yollarda asfalt örtük yenidən qurulub, yeni tikilib, hazırda tam normal vəziyyətdədir. Hazırda kəndlərarası yolların yenidən qurulmasına, təmirinə böyük diqqət ayrılıb”.
Bütün torpaq və çınqıl yolların asfaltla əvəzlənməsinə gəlincə, A.Nəcəfli bunları deyib: “Yolların hamısının olmasa da, böyük hissəsinin asfaltlanması nəzərdə tutulub. Elə yerlər var ki, orada asfalt örtüyünün vurulması qənaətbəxş deyil. Mühəndislik mövqeyindən yanaşsaq, ora asfalt örtüyü vurulmalı deyil. Çünki tektonik cəhətdən aktiv sahədir, tez-tez yağıntılar baş verir, sel olur, aşınmaya məruz qalır, yaxud ucqar yerdir və s. Belə yerlərə asfalt vursan belə, bir müddət sonra sıradan çıxacaq. Bütün bunlar nəzərə alınaraq, həmin yerlərə asfalt vurulmur. Hazırda respublika ərazisindəki bütün rayonlarda bir yol yenidən qurulur. O yolun təmiri başa çatan kimi ərazidəki digər təmirə ehtiyacı olan əraziyə keçilir. Proses dayanmadan dövr edir”.
Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO










