Azərbaycanda 11 əcnəbi tutuldu - Hostel inzibatçısı aldadıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nəfər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Nigeriya vətəndaşı saxlanılıb. DMX-dan Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşları Marimuthu Suresh, Murugeshan Jayanal, Murugeshan Vignes, Manikandar Mathivazhagan, Elayaraja Radhakrishna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Cherian Sunish ölkəyə “ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyənləşib.
Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabue Wilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məmmədov tərəfindən onlara təhsil pərdəsi altında müvəqqəti yaşama icazələrinin alınmasına dair vədlər verildiyi və həmin şəxslərin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yaradıldığı məlum olub.
“Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Shawa Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarıldığı, bilərəkdən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycana yenidən daxil olduğu aşkarlanıb.
Emin

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












