Azərbaycanda 12 yaşlı uşağın cinsini dəyişdirdilər - ŞOK ƏMƏLİYYAT

Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət bildirib. Nazirlikdən APA-ya bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, axşam.az saytı Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyətinin dəyişdiriləcəyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıdakı özəl klinikaların birində gerçəkləşdiriləcək əməliyyatdan sonra uşağın cinsiyyəti qadın olacaq. Əməliyyatı keçirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib: “Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Səhiyyə Nazirliyindən və Məhkəmə Tibbi-Ekspertizasından əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.
Əlavə edək ki, əməliyyat artıq keçirilib.
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










