Azərbaycanda 14 avtomobil körpüsü tikilib, 8-i təmir edilib – FOTO+VİDEO

“Azəravtoyol” ASC-də 2016-ci ilin yekunları və 2017-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Avtosfer.az xəbər verir ki, cəmiyyətdən verilən məlumata görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov bildirib ki, 2016-cı il ərzində 880 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 ədəd yeni avtomobil körpüsü tikilib, 8 ədədi isə təmir edilib.
Bundan başqa, ötən il ərzində Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.
S.Məmmədov ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işlərinin başa çatdırılması barədə məlumat verib.
"Bu dövr ərzində ümumilikdə 1 mln. 21,8 min ton asfalt-beton istehsal edilib, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib", - deyə S.Məmmədov əlavə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














