Azərbaycanda 141 kq heroinlə saxlanılan şəxs qadağan olunmuş siyasi partiyanın üzvüdür

Azərbaycanda 141 kq heroinlə saxlanılan Tacikistan vətəndaşı ölkəsində qadağan olunmuş İslam Dirçəliş Partiyasının üzvüdür. Avtosfer.az apa-ya istinadən verdiyi məlumata görə, bunu RİA Novosti agentliyinə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, Azərbaycanda saxlanılan Mahmudjon İsmoilov 3 ay öncə İrana köçüb və orada beynəlxalq avtomobil şirkətlərindən birinə işə düzəlib. İranda aldığı narkotik vasitəni Azərbaycana aparmaq və 3 milyon dollara satmaq istəyib.
Xatırladaq ki, avqustun 14-də Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar. Gömrükçülər tərəfindən İrandan gələn Tacikistan vətəndaşı, 1985-ci il təvəllüdlü M. İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb. Rentgen aparatı vasitəsilə maşına baxış keçirilib və əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib. Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən ümumilikdə 141,156 kiloqram narkotik vasitə olan heroin aşkar olunub. Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Sürücü saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












