Banner

Azərbaycanda 4-cü doza vaksinlər tətbiq edilə bilər - VACİB XƏBƏR

Gündəm 20 İyul 2022 12:29 Oxunub 918
Azərbaycanda 4-cü doza vaksinlər tətbiq edilə bilər - VACİB XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Peyvənd proqramında növbəti dozaların tətbiqi mütləq qaydada hər hansı məqamda tətbiq olunacaq. Belə ki, hələ koronavirusa qədər mövsümi qripə qarşı proflaktik tədbirlər çərçivəsində yeni ştamların əmələ gəlməsi ilə bağlı il ərzində bir dəfə peyvənd olunurduq. Bunu hamı könüllü edirdi. Lakin koronavirus digər qrip formalarından fərqlənir".

Avtosfer.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verlişində qonaq olan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.

O əlavə edib ki, vurulan peyvəndin təsiri 6 aydan sonra azala və ya yox ola bildiyindən yeni doza vaksinlərin tətbiqi mütləq olacaq: "Bu, tövsiyə xaraketli olsa da, əhali mütləq qaydada profilaktik tədbir kimi özləri müraciət edə biləcəklər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh