Azərbaycanda 4 yaşlı uşağın it qoparan burnu bərpa edildi - ŞOK ƏMƏLİYYAT - FOTOLAR

Azərbaycan estetik cərrahiyyəsində beynəlxalq konfranslarda nümumə göstərilən nadir əməliyyatlardan biri həyata keçirilib. Azyaşlı uşağın it qoparmış burnu geri qaytarılıb. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, iki ay öncə 4 yaşlı uşağın burnunu it dişləyərək qoparıb. Burnun sol yarısının aşağı 3/2 hissəsini it tamamilə qoparıb və burun sümüyü açıqda qalıb.
Estetik və Plastik cərrahiyyə uzmanı Op.Dr. Mircəfər Seyid tərəfindən uşağın burnu mikrocərrahiyyə əməliyyatı ilə iktirlmiş burun geri qaytarılıb. Cərrah əməliyyat barədə qeyd edib ki, burun sümüyündə açıqda buraxan deffekt olduğu məlum oldu, burun çevrəsindəki yumşaq toxumalar dişlənib zədələndiyi üçün yerli toxumalarla bərpa olunmadı.
Deffektin bərpası üçün sağ körpücüküsü nahiyyəden FREE SUPRACLAVİCULAR FLEP (körpücüküstü nahiyyədən mikrocərrahiyyə ilə sərbəst toxuma köçürülməsi) əməliyyatını həyata kecirib.
Mircəfər Seyid
''Köçürülən toxumanı mikroskop vasitəsi ilə üzdəki Angular arter və vena anastomoz edildi. Onu qeyd edim ki əməliyyatın texniki çətinliklərindən biri də uşağın 4 yaşı olduğundan anastomoz olunacaq damarların 1 mm-in aıtında olması idi. Mikrocərrahiyyə əməliyyatı ilə uşağın travma nəticəsində itirilmiş burnu geri qaytarıldı. Türkiyədə Uzmanlıq təhsilim illərində müəllimlərim ilk öncə rekonstruktiv cərrahiyyə və mikrocərrahiyy təhsili verməyi üstün tuturdular, çünki rekonstruktiv cərrahiyyə ve mikrocərrahiyyə Plastik Cərrahiyyənin təməlini təşkil edir. Onu öyrənmədən olunan estetik cərrahiyyə təhsili yarımçıq hesab olunur. İndi düşünürəm ki, həqiqətən də bu iki sahə bir-biri ilə nə qədər bağlıdır..''- deyə M.Seyid qeyd edib.



İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












