Azərbaycanda 40 min ton avtomobil benzini ehtiyatı yaranıb

Bu il iyulun 1-nə Azərbaycanda 40,3 min ton avtomobil benzini, 104,3 min ton dizel yanacağı ehtiyatı olub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvar-iyun ayları ərzində ölkədə 618,3 min ton avtomobil benzini isrehsal olunub. Bu həcm isə ötən ilin analoji dövründən 8% artıqdır. Hesabat dövründə 101,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 12,9 min ton sürtkü yağları, 77,3 min ton neft bitumu, 106,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5%, sürtkü yağlarının istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 27,6%, neft koksunun istehsalı isə 17% artıb. Bu ilin I yarısında 297,5 min ton ağ neft, 958,7 min ton dizel yanacağı, 241,3 min ton yanacaq mazutu istehsal edilib. Ağ neftin istehsalı 7,7%, yanacaq mazutunun istehsalı 38%, dizel yanacağının istehsalı 16,4% azalıb. Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 330,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 7,3% azalıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












