"Azərbaycanda 7 baldan güclü zəlzələ ola bilməz" - Qurban Yetirmişli

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, bu il Azərbaycan və ona sərhəd ərazilərdə 4398 yeraltı təkan qeydə alınıb. Onun sözlərinə görə, Azərbaycanda baş verən zəlzələlərdən 47-nin maqnitudası 3-dən çox olub. Hiss edilən 8 təkanın olduğunu deyən Q. Yetirmişli bildirib ki, bunun 5-i sərhəddə (İran, Gürcüstan, Dağıstan) 3-i isə Azərbaycan ərazisində baş verib.
Direktor qeyd edib ki, zəlzələlərin qeydə alındığı ən aktiv zona Mərkəzi və Cənubi Xəzər çökəkliyi, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Balakəndə olub: “Sərhəd ölkələrdə baş verən zəlzələlərin Azərbaycanda da qeydə alınması tektonik qırılmaların nəticəsidir. Qırılmalar və zəlzələlər sərhəd tanımır. Hazırda sərhədlərdə Urmiya-Abşeron, TransQafqaz, Mahaçqala-Krasnavods dərinlik qırılmaları mövcuddur”.
Q.Yetirmişli əlavə edib ki, müəyyən vaxtlarda zəlzələ zonaları aktivləşir, bəziləri hərəkətdə olur. Bunların hamısı yerdəki blokların və plitələrin hərəkəti nəticəsində baş verir.
“Onların toqquşması nəticəsində sürətlərindən asılı olaraq kollezion zonada daha ciddi fəsadlar, güclü təkanlar olur. Azərbaycanın ərazisi də bloklara ayrılıb və bunlar arasındakı dərinlik qırılmaları ən çox təmas zonasında baş verir. Bu zaman onların sürəti və toplanan enerjidən asılı olaraq zəlzələnin gücü məlum olur. Azərbaycan baş verən zəlzələlərin ən maksimal maqnitudası 7 ola bilər. Yəni, Azərbaycanda 7 baldan güclü zəlzələ ola bilməz”, - deyə mərkəzin direktoru vurğulayıb.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










