Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA
Gündəm
31 İyul 2021 11:22
Oxunub 3792

Azərbaycanda 20 gündür ki, Aİ-98 markalı benzin satılmır.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.
Onun sözlərinə görə, Aİ-98 markalı benzin Rumıniyadan idxal edilir, bunda çətinlik var:
"Artıq Gürcüstandan Aİ-98 benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq".
ŞƏRH YAZ













