Azərbaycanda ana olan məktəbli qızlar - Dəhşətli statistika

Azərbaycanda nikah yaşı çatmayan qızlar tərəfindən doğulan körpələrin sayı məlum olub. 2015-ci ildə nikah yaşı çatmayan 15-17 yaşlı qızlar tərəfindən 3 minə yaxın körpə dünyaya gəlib. Avtosfer.az xəbər verir ki, bu barədə Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə 166,2 min körpə qeydə alınıb. Məlumatda bildirilib ki, ötən il doğulan körpələrin 2895 nəfəri 15-17 yaşda qadınlar tərəfindən dünyaya gətirilib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.
Ailə Məcəlləsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












