Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarında dəyişiklik edilib

Qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən daşıyıcılar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Avtosfer.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. İndiyədək daşıyıcılar sərnişinlərin daşınmasına dair təhlükəsizlik tələbləri, habelə sürücülər üçün müəyyən olunmuş istirahət və iş rejimi nəzərə alınmaqla avtobusların marşrut üzrə hərəkət cədvəllərinin daşımanın sifarişçisi ilə birlikdə tərtib edirdilər. Bu qərardan sonra həm də avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılacaq.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












