Azərbaycanda avtomobil yollarının mailliklərinə dair tələblər dəyişib

Azərbaycanda avtomobil yollarının hərəkət hissəsinin eninə mailliklərinə dair tələblər dəyişib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Maillik promille (‰) ilə ölçülür. Promille ədədin mində birinə və ya faizin onda birinə bərabərdir. Hərəkət hissəsinin eninə maillikləri (virajların inşası nəzərdə tutulmuş yol sahələrindən başqa) hərəkət zolaqlarının sayından və iqlim şəraitindən asılı olaraq müəyyən edilir. İndiyə qədər IV və V yol iqlim zonalarında respublika əhəmiyyətli magistral avtomobil yolları (o cümlədən beynəlxalq əlaqələr üçün) və respublika əhəmiyyətli avtomobil yolları üçün hərəkət hissəsinin eninə profili ikimailli olduqda müvafiq olaraq 20‰ və 15‰, birmailli profil olduqda ayırıcı zolağın yanında birinci və ikinci zolaqlarda 15‰, üçüncü və sonrakı zolaqlarda 20‰ eninə maillik tələb edilib. Dəyişikliyə əsasən IV və V yol iqlim zonalarında respublika əhəmiyyətli magistral avtomobil yolları (o cümlədən beynəlxalq əlaqələr üçün) və respublika əhəmiyyətli avtomobil yolları üçün bu halların hamısında 25‰ eninə maillik tələbi qoyulub. IV və V yol iqlim zonalarında II - IV dərəcəli yollar üçün də eninə maillik tələbi 15‰-dən 25‰-ə qaldırılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












