Azərbaycanda ayı kişiyə hücum etdi

Şəkidə 43 yaşlı kişiyə ayı hücum edib. Avtosfer.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimov alının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 43 yaşlı Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağlıq-meşəlik ərazidə ailəsinə məxsus şabalıd sahəsinə şabalıdın yetişib-yetişmədiyini dəqiqləşdirmək üçün gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edərək ona xəsarət yetirib. Daha sonra ayı ərazidən qaçıb. Şahin Qədimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd edilib. Şahin Qədimovun müalicəsinin xəstəxananın cərrahiyə şöbəsində aparıldığı bildirilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










