Azərbaycanda banklara vaxt qoyuldu - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı aprelin 1-dən qüvvəyə minmiş "Bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qaydalar"a uyğunluq baxımından banklarda bir sıra istiqamətlərdə kamillik səviyyəsinin yüksəldiyi müşahidə olunub, lakin problemlərdə mövcuddur.
Avtosfer.az xəbər verir ki, bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib. “Kritik hesab olunan istiqamətlərdə bank sektorunun hələ də təkmilləşdirməyə ehtiyac olduğu müşahidə edilib. Konkret olaraq kriptoqrafiya, aktivlərə nəzarətin təmin olunması, biznes davamlılığın təmin olunması kimi sahələrdə hələ də inkişafa ehtiyac var. Mərkəzi Bank olaraq düşünürük ki, bu istiqamətlərdəki problemlər cari ilin sonuna kimi həll olunacaq və bank sektorunda kamillik dərəcəsi beynəlxalq standartların tələblərinə uyğun olacaq. Qaydaların beynəlxalq standartlara uyğun hazırlanmasında məqsəd bank ekosisteminin beynəlxalq tələblərə tədricən adaptasiya olunmasıdır”, - A. Quliyev vurğulayıb. Onun sözlərinə görə, bu qaydalar beynəlxalq İSO standartlarının tələblərinə uyğun olaraq yaradılaraq bank sektoruna təqdim olunub: "Bundan sonra Mərkəzi Bank tərəfindən həm onsite, həm də offsite yoxlamalar aparılaraq bank sektorunun qaydalara uyğunluğunun müşahidə olunması üçün prosedur icra olunub”.
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı










