Azərbaycanda bu bölgələrdə təhlükə artır - Əhali köçürülə bilər - VİDEO

Ötən ayın təhlilləri bunu deməyə əsas verir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib. Avtosfer.az region tv-yə istinadən xəbər verir ki, sürüşmə zonalarında olan çatlar yağış suları ilə dolur və nəticədə çatlar genişlənir. Qeyri-sabit hava şəraiti bəzi yerlərdə sürüşmə prosesini sürətləndirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin iyul ayı üçün təhlilləri göstərir ki, paytaxtın Zığ və Masazır qəsəbələrindəki sürüşmə bölgələrində aktivlik müşahidə olunur. Bu sahələrdə olan çatlar 1 santimetrədək genişlənib. Bölgələrdə isə yeni sürüşmə zonası qeydə alınıb.
Ələmdar Piriyev - Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu: "İsmayıllının Basqal yolu üzərində yeni sürüşmə ocağı qeydə alınmışdır. Orada sürüşmə uzunluğu 1 kilometrə çatıb".
Sürüşmənin aktivləşdiyi digər bölgələr isə Şamaxı, Talış zonası, Muğanlı-İsmayıllı, Bakı-Ağsu və Bakı-Şamaxı yolunun keçdiyi ərazilərdir. Sürüşmə nəticəsində yolların bəzi hissələri sökülsə də, sonradan bu problem artıq aradan qaldırılıb, təhlükəsizlik tədbirləri görülür.
Ələmdar Piriyev: "Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində yolun bir hissəsində istinad divarı qurulub. Zığda da əhalinin təhlükəsizliyi üçün müəyyən evlərdən köçürülmə olub. Basqal yolunda baş verən sürüşmə zamanı 7 evə ziyan dəyib, o evlərdə yaşayanlar təhlükəsiz əraziyə köçürülüb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirirlər ki, sürüşmənin aktiv olduğu yerlərdə vəziyyət kritik həddə çatarsa, burada yaşayan insanlar köçürüləcək.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ










