Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü - FOTO

Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara şəhəri ərazisində qeydə alınıb. Belə ki, “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü Məmmədzadə Nicat Fizuli oğlu ölüb, “BMW” avtomobildəki sərnişinlərdən biri Məmmədzadə Samir Nizami oğlu ağır xəsarət alıb.
Qeyd edək ki, dekabrın 17-də Nicat Məmmədzadənin toy mərasimi olacaqdı. Hadisə zamanı "BMW" avtomobilində ağır xəsarət almış sərnişin isə Məmmədzadə Samir Nizami oğludur. Qəzaya düşmüş hər iki avtomobildəki şəxslər yaxın qohumdurlar. Hər iki sürücü əmioğludur və onlar toydan əvvəl sevincək olub maşın sürmək həvəsinə düşüblərmiş...
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













