Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ

"İşsizlikdən sığorta ödənişi hər bir kəsə şamil edilmir.
Müəyyən qaydalar var.
"İşsizlikdən sığorta haqqında Qanu"nun müvafiq maddəsində nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənişlərə şamil olunur".
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İşsizlikdən sığorta ödənişi şöbəsinin müdiri Eldar Əliyev bildirib.
Onun sözlərinə görə, işsizikdən sığorta ödənişi ümumiyyətlə şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olan bir tədbir formasıdır və şəxsin öz iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilir:
"Yəni işsizlik müavinəti adı altında bir sosial təminat forması yoxdur. İşsiz müraciət edən şəxsin sığorta stajından və xitam olunduğu maddədən asılı olaraq şəxslərə ya itirdikləri orta aylıq əmək haqqının 50 faizi məbləğində və ya minimum sığorta ödənişi məbləğində təyinat aparılır.
Bildiyiniz kimi, minimum sığorta ödənişi ölkə üzrə qəbul edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur. Bu, sığorta ödənişinin minimum həddidir. Maksimum həddi isə ötən ildə ölkə üzrə orta aylıq əmək haqqının məbləğinə bərabər tutulur. Bu da hal hazırda 933 manat 80 qəpik təşkil edir".
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










