Azərbaycanda bu yanacağın bahalaşacağı GÜNDƏMƏ GƏLDİ

Son günlər ölkədə enerji daşıyıcılarının xüsusən də, avtomobil yanacaqlarının yenidən bahalaşacağı ilə bağlı şaiyələr yayılmaqdadır. Yayılan qeyr-rəsmi məlumatlara görə, dizel yanacağının satış qiymətlərində artım olacaq. Əlbəttəki şaiyə, şaiyə olaraq qalır. Ötən ilin sonlarında tarif şurası tərəfindən yayılan rəsmi açıqlamada bildirilmişdi ki, yaxın aylarda aşağı oktanlı, xüsusəndə dizel yanacığının qiymətinin artımı ilə bağlı heç bir təklif irəli sürülməyib. Ekpertlər isə, enerji daşıyıcılarının qiymət artımı məsələsinin tarif şurasından çox, tələb və təklifdən aslı olduğu qənətindədir.
İqtisadçı Vüqar Bayramlı dizel yanacağının qiymət artımı ehtimalının böyük olduğunu bildirsə də, indi reallıqda məbul saymır. Onun fikrincə, bu, baş verəcəyi halda ölkədə bir çox xidmət sahəsində qiymət artımı labüd olacaq. Bu isə ölkə iqtiasiyyatı üçün bir çox çətinliklər yaradacaq.
Aşağı oktanlı 92 maraklı benzinin, eləcə də, dizel yanacağının bahalaşacağı təqdirdə avtomobil bazarına da təsirsiz ötüşməyəcək.
Jurnalist-ekspert Elməddin Muradlının sözlərinə görə, dizel yanacağı bahalaşarsa dizel mühərrikli avtomobillərin bazarda satış səviyyəsi azalacaq.
Yayılan şaiyələrin nə dərcədə doğru olduğunu öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Şuraya cavabdeh, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev olaraq bildirdi ki, yayılan məlumatlar əsassızdır və bununla bağlı quruma hər hansısa təklif daxil olmayıb.sonxeber.az
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










