Azərbaycanda çörək bahalaşacaqmı? – ÇÖRƏKÇİLƏRDƏN AÇIQLAMA

Azərbaycan Respublikası Tarif Şurasının ötən gün verdiyi qərarla ölkədə təbii qaz, elektrik enerjisi satış qiymətləri qaldırılıb. Bu qiymət artımının özünü çörəkbişirmə müəssisləri və zavodlar da göstərəcəyi gözləniləndir. Avtosfer.az xəbər verir ki, biz də, a24.az redaksiyası olaraq şəhərin bir sıra çörək zavodları ilə əlaqə saxladıq. Əksər zavodardan bildirilidi ki, qiymət artımı barədə dəqiq söz demək mümkün deyil, bunun zamanla özünü göstərəcəyini söylədilər.
Nur çörək zavodundan redaksiyamıza bildirildi ki, zavod növbəti aylardakı xərclərinə baxaraq bu istiqamətdə müəyyən addımlar ata bilər.
“Yeni qiymətlərlə işləyib sonra xərclərimizə baxacağıq. Bizə lazım olan digər məhsulların qiyməti qalxmasa, ola bilsin ki, artım da, olmadı. Hələlik bu barədə dəqiq bir söz demək olmur”.
Bakıxanov çörək zavodundan ( Sərham MMC) də, oxşar cavab gəldi. Bildirildi ki, çörək istehsalı su, qaz və işıqdan asılı olduğu üçün yeni qiymətlərlə yaranacaq xərclər nəzərə alınacaq.
“Yeni qiymətlərlə işləyək, görək necə olacaq. Yalnız bundan sonra müvafiq tədbir görülə bilər”.
Çörəyin qiymətinin qalxıb qalxmayacağı barədə üz tutduğumuz müəsisələrin heç biri dəqiq bir söz deməsə də, qiymətlərdə artımın qəti şəkildə olmayacağını söyləyən olmadı.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












