Azərbaycanda çörəyin qiyməti qalxacaq? - Rəsmi

İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq. Belə ki, qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir. Qiymət artımının isə devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.
"Avqust-sentyabr ayları iqtisadiyyat bazarının ən qalmaqallı ayları kimi yadda qalacaq"
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadçı Afiq Ağaquliyev interaz-a açıqlamasında deyib ki, çörəyin qiymətininin qalxması baş verəcək: “Çörəyin qiyməti ilə yanaşı çəkisi də artacaq. Qiymət fərqi 0.1 azn təşkil edəcək. Amma unun qiyməti dəyişməz olaraq qalacaq. Digər yeyinti məhsullarının qiymətində dəyişiklilər sentyabr ayından müşahidə olunacaq. Ümumiyyətlə un məmulatlarının qiyməti sabahkı tarixdən artımı müşahidə olunacaq. İstehsalatında elektrik enerjisi sərf olunan məhsullar qiymətini qısa bir müddətdə dəyişəcək. Bu isə qida məhsullarının 60% ni təşkil edir. Çox güman ki, vergi şərtlərində də dəyişikliklər olacaq. Onu da xüsisilə diqqətinizə çatdırım ki, avqust-sentyabr ayları iqtisadiyyat bazarının ən qalmaqallı ayları kimi yadda qalacaq”.
"Çörək əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır"
Bakıxanov Çörək Zavodunun istihsalat şöbəsinin rəisi Elman Məmmədov açıqlamasında bildirib ki, çörəyin qiymətinin artması ilə bağlı onlara İqtisadiyyat Nazirliyi tərəfindən heç bir məlumat daxil olmayıb. Buna görə də çörək əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır.
"Süni qiymət artıranlara qarşı mübarizə aparılacaq"
İqtisadiyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında çörəyin qiymətinin artmadığını, süni qiymət artıranlara qarşı mübarizə aparılacağını vurğulayıb.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










