Azərbaycanda COVID-19 pasportu ləğv edilə bilərmi? - NAZİRDƏN AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev yaxın gələcək üçün ölkədə COVID-19 pasportu tələbinin ləğvi məsələsinin mümkün olub-olmamasına münasibət bildirib.
Avtosfer.az-ın əməkdaşının sualını cavablandıran nazir xatırladıb ki, mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilir, lakin pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır.
Onun sözlərinə görə, əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunur:
“Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur”.
“Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və ölüm sayları diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır. Bu da ümidverici faktdır. Bütün hallarda ayıq-sayıq olmağı heç nə inkar etmir” - T.Musayev deyib.
“Report”
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










