Azərbaycanda dəhşət - 24 yaşlı gənci maşınına qoyub yandırdılar

Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı oğlanı yandıraraq öldürmək istəyiblər. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Piyadalar kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S. Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb. Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. S.Bayramovun vəziyyəti ağırdır. İlkin versiya odur ki, S. Bayramovun mal bazarında mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












