Azərbaycanda dəhşətli gecə – 4 piyadanı ayrı-ayrı yerdə maşın vurdu; 2 ölü

Aprelin 6-da Azərbaycanda 4 piyadanı maşın vurub. Nəticədə 2 nəfər ölüb. Hadisələr ayrı-ayrı rayonlarda baş verib. Avtosfer.az xəbər verir ki, ölümlə nəticələnən qəzalardan biri Salyan rayonunda qeyd alınıb, "Opel" markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya aparılarkən yolda keçinib. Meyitin şəxsiyyəti hələ ki, məlum deyil.
Şirvanda da piyadanın ölümü ilə nəticələnə qəza baş verib. 75 yaşlı Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən əsənov Natiq Qocabəy oğlunun idarə etdiyi “QAZ-24” markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Biləsuvarda isə naməlum avtomobil yolu keçmək istəyən 41 yaşlı kənd sakini Möhübbət Usub oğlu Cəfərovu vurub. Nəticədə piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Daha bir hadisə Masallı rayonunun Bədalan kəndində baş verib. 13 yaşlı Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən maşın vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Zərərçəkən müğənni Baloğlan Əşrəfovun bibisi nəvəsidir.
Qeyd olunan hadisələrlə bağlı araşdırma aparılır.
Elmin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












