Azərbaycanda dəmir yolu ilə turist səfərlərinə başlanılıb

Azərbaycanda ilk dəfə dəmir yolu turizminin inkişafı üçün yeni iri layihənin reallaşdırılmasına başlanılıb. Avtosfer.az xəbər verir ki, bu məqsədlə ilk dəfə “Azərbaycan Dəmir Yolları” QSC və cəmiyyətin nəzdində fəaliyyətə başlayan “Railtravel” turizm şirkəti sifariş əsasında qatar səyahətlərinin təşkilinə başlayıb.
İlk belə səfər iyunun 16-da Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı marşrutu üzrə təşkil edilib. Belə ki, səfər üçün “Azərbaycan Dəmir Yolları” QSC 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayırıb. Həmin qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı-Ağstafa-Qazax sərnişin qatarına, daha sonra isə Qazax-Ağstafa-Bakı sərnişin qatarına qoşulub.
“Railtravel” şirkətinin təsisçisi Oqtay Aslanov bildirib ki, dəmir yolu ilə səyahətin ən əsas üstünlüyü onun təhlükəsiz olmasıdır: "Qatarla səyahət həm də digər nəqliyyat vasitələri ilə müqayisədə daha rahat və komfortludur. Qatarla səhayətlər sərnişinlər üçün hər zaman maraqlı olub. Bu nəqliyyat növü ilə səyahət tələbələrin, şagirdlərin daha təhlükəsiz və maraqlı səyahət etməsi üçün çox yaxşı fürsət olacaq. Üstəlik, qiymətlər də oldquca münasibdir".
"Məsələn, SV qatar 18 nəfər üçün (1 100 manat), KP – 36 nəfər (1 200 manat ), PL – 54 nəfərlik (1 512 manat) və ailələr üçün xidməti vaqon (900 manat) nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinası, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib”, - deyə O.Aslanov əlavə edib.
Qeyd edək ki, dəmir yolu ilə bu cür səyahətlərin təşkili üçün 12 gün əvvəldən sifariş verilməlidir.
Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən ilk səfər zamanı sərnişinlərə Göygöl Milli Parkı, Maralgöl Qoruğu, “Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, “Butulka ev”, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və alman kilsəsinə səfər təşkil edilib.
Dəmir yolu səfərlərinin tələb əsasında cənub, qərb, habelə şimal rayonlarına təşkil olunması nəzərdə tutulub.
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










