Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisdən trend-ə verilən məlumata görə, bununla bağlı “Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Yeni layihəyə əsasən, bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.
Layihəyə görə, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.
Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.
Qeyd edək ki, layihə Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












