Azərbaycanda elektrik avtobusları istehsal olunacaq - Yeni saziş imzalandı - FOTO

Azərbaycanda elektrik avtobuslarının istehsalı üzrə saziş imzalanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlaskamp ilə görüş keçirilib. Görüşdə sənaye və ticarət sahələrində, xüsusilə elektrik nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd olunub ki, bu gün İqtisadiyyat Nazirliyi, "Improtex Trucks & Buses" və "MAN Truck & Bus SE" şirkətləri arasında saziş imzalanıb. Sənəd Azərbaycanda elektrik avtobuslarının istehsalı, istehsalın lokallaşdırılması və ixrac imkanlarının gücləndirilməsini nəzərdə tutur.
M.Cabbarov vurğulayıb ki, bu tərəfdaşlıq ölkədə sənayenin şaxələndirilməsinə, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalının inkişafına mühüm töhfə verəcək.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












