Azərbaycanda elektriklə işləyən avtomobil zavodu yaradılsın - Deputat

"Azərbaycanda müharibə şəraiti davam edir. Sabah müharibə başlayarsa, hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazır olacaq. Lakin həmin hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”. Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. Deputat bildirib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqladı. “Lakin biz bilməliyik ki, neçə əlil və şəhid ailəsi ev növbəsindədir. Onların neçəsi evlə təmin olunacaq. Əgər bu barədə açıqlama verilsə, o zaman aydın mənzərə yaranacaq”.
O qeyd edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır. “O qəzalı binalarda yaşayan insanların həyatları riskdədir. Allah insana nə qədər ömür verib ki?! Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, hətta orada kişi ilə qadın eyni tualet növbəsində dayanır”.
Qüdrət Həsənquliyev həmçinin Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib.“Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq Avropada yaxın gələcəkdə benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.
Deputat dövlət televiziyasına və İctimai Televizayaya verilən reklamların özəl televizayalara verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını da təklif edib.
Elmin
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










