Azərbaycanda “Əmək” ordeni təsis ediləcək

Azərbaycanda “Əmək” ordeni təsis ediləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib. "Hesab edirəm ki, Azərbaycanda yeni bir orden təsis edilməlidir. Son vaxtlar mənim sərəncamımla bir neçə yeni orden təsis edilib. Ən böyük ordenimiz “Heydər Əliyev” ordenidir. Ondan sonra mənim sərəncamımla “Şərəf” ordeni, “Dostluq” ordeni təsis edilmişdir. Hesab edirəm ki, biz “Əmək” ordeni də təsis etməliyik. Müxtəlif sahələrdə - istər özəl, istər dövlət, fərqi yoxdur, yaxşı göstəricilər nümayiş etdirən insanları biz ordenlərlə, medallarla təltif etməliyik. Hesab edirəm ki, biz bu ənənəni bərpa etməliyik. Göstəriş verirəm, Prezident Administrasiyası bu məsələ ilə bağlı öz təkliflərini mənə təqdim etsin. “Əmək” ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər yaxşı nəticələr olsa, birinci ordeni biz pambıqçılara təqdim edə bilərik", - deyə prezident sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində yekun nitqi zamanı bildirib.
"Report"
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










